Fermerlik Tovuz Aqro-nun "tarladan rəfə qədər" olan əsas konsepsiyasının həyata keçirməkdən ötrü holdinqin gördüyü işin əsas istiqamətidir.

faydaları

Mal-qaranın saxlanmasının dünya təcrübəsini, müştərilərimizin tələbatını və məhsuldarlıq xüsusiyyətlərini öyrənərək yetişdirmək üçün bu cinsləri seçdik:
0 10

Şarole. Bu, dözümlülük və tez yetişməsi ilə seçilən məşhur fransız cinsidir. Əzələ toxumaları piy toxumalarından daha çoxdur, buna görə də Şarole danalarının əti yağsız hesab olunur.

0 10

Aberdin Angus. Bu cinsin heyvanları sağlamlıq və immunitet baxımından yaxşı göstəricilərə malikdir və ətlərin dadı əla keyfiyyətlidir. Bu cinsin cəmdəyində sümüyün miqdarı 17% -dən çox deyil, ət çıxımı isə 60% -dir ki, bu da ət istehsalı üçün əla nisbət hesab olunur

0 10

Simmental. Bu cinsdən olan heyvanların dişiləri adətən südlük cins adlandırılsa da, erkəklərini ət üçün yetişdirmək olduqca sərfəlidir, çünki bu cins sürətli çəkiartımına daha çox meyillidir.

0 10

Limuzin. Bu, böyük ölçüsü və çəki artımı ilə fərqlənən klassik ətlik cinsdir. Limuzin buzovları südlük cinslərinə nisbətən böyük doğulurlar və sonra sürətlə böyüyərək səkkiz aylıq yaşda 300 kq-a çatırlar.

0 10

Ukrayna qırmızı çöl cinsi. Bu cins, müstəsna iddiasızlığı səbəbindən geniş yayılmışdır. Genetiklərin əziyyətli işi və digər cinslərin qanının qarışması nəticəsində Azərbaycan iqliminə ideal şəkildə uyğunlaşmışdır.

son məqsədi

yüksək keyfiyyətli ət almaqdır. "Tovuz Aqro" tərəfindən istehsal olunan ətin dadını yaxşılaşdırmaqdan ötrü heyvanların saxlanması və yemlənməsi üçün ideal şəraitin yaradılmasına çalışırıq. Əldə olunanlarla qane olmayıb, müştərilərimizə yüksək keyfiyyətli məhsul təqdim etmək üçün daima inkişaf edirik, təkmilləşirik.


- əsas hədəfdir.

Heyvanlarımızın qəbul etdiyi bütün preparatlar (peyvəndlər, parazit əleyhinə dərmanlar) təhlükəsizdir və dünya baytarlıq birliyi tərəfindən təsdiqlənir.

Şirkətimizin baytar həkimləri və texnikləri mütəmadi olaraq bütün heyvanların sağlamlığını nəzarətdə saxlayır, vaxtında profilaktiki tədbirləri aparır, göstəricilərə və təhlillərə nəzarət edirlər.


əlaqə məlumatlarını buraxın