Biz otellər, kafe və restoranlara geniş çeşiddə premium ət təklif edirik. Bu seqmentin məhsulları üçün Qara Angus danalarını yetişdiririk - onların ətləri şirəli, ləzzətli və mərmər naxışına malikdir.

Bizimlə əməkdaşlıq edərkən aşağıdakı üstünlüklərə sahib olacaqsınız:
0 10
Tam miqdar.

Logistika şöbəmizin, geniş bir şəbəkənin, müasir avtoparkın və menecerlərin əməyi sayəsində sifarişdə göstərdiyiniz məhsulların tam miqdarını vaxtında əldə edəcəksiniz. Bizim “tam dövr” biznes modelimiz istehsal həcmlərini düzgün hesablamağa və tədarükü planlaşdırmağa elə imkan verir ki, bütün müştərilər sifarişlərini vaxtında alsınlar. “Tarladan mağazaya” iş prinsipini məhz belə həyata keçiririk.

0 10
Keyfiyyət.

Təhlükəsiz və təbii ət məhsullarının tədarükçüsü olaraq markanın nüfuzunu qorumaq bizim üçün çox vacibdir. Keyfiyyətə nəzarət istehsalın bütün mərhələlərinə daxil edilir: heyvanın yemini, sağlamlığını, sonra emal sahəsini və son məhsulu mütəmadi olaraq yoxlayırıq. Belə bir yoxlama zəncirvari olaraq son istehlakçıya qədər məhsullarımızın və istehsal etdiyimiz hər ət parçasının tam təhlükəsizliyinə zəmanət verir.

0 10
Yük bütövlüyü.

Məhsulları təzə saxlamaq üçün nəqliyyat vasitələrimiz soyuducular, temperatur sensorlari, rütubətə nəzarət sistemləri və digər xüsusi avadanlıqlarla təchiz edilmişdir. Daşınma zamanı məhsullarımızın xarab olmamasına və bütün sanitar şərait nəzərə alınmaqla saxlanılmasına zəmanət veririk.

0 10
Təzə məhsul.

Logistika və təchizat planlaşdırmamız məhsulun anbarlarda uzun müddət saxlanılmaması üçün qurulmuşdur. Beləliklə, ət məhsulu istifadə müddəti kifayət qədər olmaqla müştəriyə çatdırılır.

bizimlə

Tərəfdaşlarımıza çevik çatdırılma cədvəli, rahat iş şərtləri, yüksək keyfiyyətli logistika və sadə ünsiyyət üsulları təklif edirik. Əlavə məlumat üçün [email protected] nömrəsi ilə əlaqə saxlayın


əlaqə məlumatlarını buraxın